Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UZAQLAŞMAQ
f . 1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq. - Şəhərdən bir qədər uzaqlaşmışdıq, gördük ki, yolun kənarında bir neçə adam oturub. C.Məmmədquluzadə. [Valeh] ağacını çobansayağı boynunun ardına qoyub, fıştırıq çala-çala uzaqlaşdı. Ə.Abasov. // Aralanıb getmək. Ceyran məndən uzaqlaşıb getdi. S.Hüseyn. Qaratel ilə Məmməd xudahafizləşib .. uzaqlaşmışdılar. Ə.Əbülhəsən. // Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq. // Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı.
Mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım bizim gələcək səadətimizi də qorxu altına ala bilər. M.S.Ordubadi. Burda durulmaz, çəkilib qaçmalı; Qaçmalı, vəhşətdən uzaqlaşmalı. H.Cavid. // Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli.
Getdikcə uzaqdan eşidilmək və ya görünmək. Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı.
Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev. Səslər uzaqlaşanda, o, qanadı sınmış kimi, başı aşağı, yuvasına qayıdardı. Mir Cəlal. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək. Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan (f.is.) hər əsrin. O.Sarıvəlli. məc. Məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq. Bu kimi söhbət və mülahizələrə baxmayaraq, Qəhrəman kitabdan, yazı-pozudan uzaqlaşır, özünü çöl işinə verirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....