Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UZAQDAN-UZAĞA
zərf 1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. Uzaqdan-uzağa tamaşa etmək. - Tapdıq uzaqdanuzağa dənizə baxmışdı. Ə.Əbülhəsən.
2. məc. Uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda. Uzaqdan-uzağa hökm vermək olmaz. Uzaqdan-uzağa fikir söyləmək çətindir. - Tikinti kontorunun müdiri Ağarza Rəşid ilə uzaqdan-uzağa tanış idi. Mir Cəlal. Həyatda isə [Odunçuoğlu] uzaqdan-uzağa sevdiyi qıza bəzən aylarla rast gələ bilmir, onu gün işığında gördüyünü xatırlamırdı. Ə.Məmmədxanlı. [Camal:] Uzaqdan-uzağa adam haqqında bu qədər şey bilmək olar? M.Süleymanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....