Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UYMAQ
f . 1. Bax qapılmaq2. Qərinələrlə məst olub cəhalətə uyduq! Hansı günümüzü xoş keçirdik? C.Məmmədquluzadə. Meydanda durun mərd kimi; Uymayın ötəri şöhrətə, ada. B.Vahabzadə. // İnanaraq tabe olmaq, razı olmaq, güzəştə getmək; dilə aldanmaq; təsir altına düşmək. Yalana uymaq. - Əzizim, içmə, dostum! Hər sudan içmə, dostum! Uyma əğyar sözünə! Dostundan keçmə, dostum! (Bayatı). [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını itiribsən. M.F.Axundzadə.
Bənd olmaq, vurulmaq, sevmək. Uyubsan zalım xoryada; Dostdan kənar gəzən gözəl! Aşıq Ələsgər. [Tutubəyim Ağabəyimə:] [Atan] bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub. Çəmənzəminli. Uyğun gəlmək, uyğun olmaq, münasib olmaq, düz gəlmək, yaraşmaq. Vay, vay! Deyəsən, bəşər deyil bu! Bir şəklə uyan təhər deyil bu! M.Ə.Sabir. Bu iki adamın təbiəti bir-birinə əsla uymayırdı. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....