Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UYDURMAQ
f 1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. [Kazım] hər halda bir bəhanə uydurmağı qərara aldı. M.İbrahimov. // məc. Yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək. [Gülüş Sevilə:] Balaş səni anlamır, o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. C.Cabbarlı.
2. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək. Qoysanız öz oğlumu mən salım öz halimə; Sənətimi öyrədib uydurum öz halimə?! M.Ə.Sabir. Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla