USTALIQis. 1. Hər hansı bir sahədə çalışan ustanın işi, peşəsi.
Hər hansı bir sahədə böyük bacarıq, məharət. işdə bir incəlik, ustalıq və xüsusi qabiliyyət görünürdü. Ə.Vəliyev. // Ümumiyyətlə, məharət, bacarıq. Əsil ustalıq burdadır. Qantəmir. Bax, bu, böyük ustalıq tələb edən bir fəndir. Ə.Əbülhəsən. Ustalıqla şəklində zərf. məharətlə, bacarıqla, ustacasına, mahircəsinə. Ustalıqla hərəkət etmək. Rolu ustalıqla ifa etmək. Səlim bəy çox ustalıqla .. təbəssümünü təkrar etdi. H.Nəzərli. Ümumən Müqim bəy arvadından çəkindiyini daima özü də ustalıqla malalamağa çalışırdı. S.Rəhimov. Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |