Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
USTA
is. 1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov. // Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. [Yusif] varid oldu Həmədana, orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. M.F.Axundzadə. // Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. incəsənət ustalarının konserti. Üzümçülük ustası. - Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. [Rəssam] öz sənətinin bacarıqlı bir ustası idi. M.Hüseyn. // məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. [Aslan bəy:] Xeyr, lazım deyil, .. Əhməd özü ustadır, əldən qoymaz. N.Vəzirov. Bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əlsuyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. □ Usta tərpənmək - zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək. Siyasət həmişə bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.
İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası.
Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....