Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UNUTMAQ
f 1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq). Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu göllərini, etdi aşiyan tərkin. X.Natəvan. // Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq. Yoldan keçərkən bizə baş çəkməyi unutdu. Gedəndə qapını bağlamağı unutma! - [Süleyman:] Amma bax unutma sən, unutma sən, bizləri sən; Görəndə qaşıqara, gözüqara qızları sən! U.Hacıbəyov. // Nəzərdən (nəzərindən) qaçırmaq. Unutma ki, sabah iclas günüdür. Az qala unutmuşdum. - Ancaq unutma ki, sənin uşaqların var. M.Hüseyn. [Muxtar Firəngizə:] Sən böyük bir rayonun rəhbəri olduğunu, təəssüf ki, unudursan. B.Bayramov.
Saymamaq, hesablaşmamaq, riayət etməmək. Ədəb qaydalarını unutmaq. Heysiyyətini unutmaq. Təsadüfən yadından çıxararaq bir yerdə qoymaq, özü ilə götürməmək. Stolun açarını unutdum, evdə qoydum.
□□ Duz-çörək unutmaq - nankorluq etmək, nankor olmaq, edilən yaxşılığı yadından çıxarmaq. Özünü unutmamaq - özünü yaddan çıxarmamaq, öz xeyrini əldən buraxmamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla