Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UMU-KÜSÜ

is. Umma, küsmə, incimə, şikayətlənmə, giley. Töhmətdən çox umuküsüyə bənzəyən bu sözləri deyərkən [Xanların] səsi titrədi. M.Hüseyn. Küçə dinmədi; Sükut etdi; Müdrik bir insan kimi; Sanki eşitmədi; Mənim umu-küsümü. R.Rza. □ Umuküsü etmək - şikayətlənmək, narazılıq etmək, narazılığını bildirmək, incikliyini bildirmək, gileylənmək. Nəriman umu-küsü elədi: - Elə olar, elə olar! Daha bizləri tanımazsan katib olandan sonra.. Mir Cəlal. Tapdıq .. umu-küsü etdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....