ULAMAQf 1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır. - Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar. Səhhət. // Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq. Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında ulayırdı. S.M.Qənizadə. Kəsməyib xəzri hələ, ac canavar tək ulayır. S.Rüstəm.
2. dan. Səslə ağlamaq, zarıldamaq. Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır? Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |