Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UĞURLU
sif. Müvəffəqiyyətli, sonu, nəticəsi yaxşı olan, müsbət nəticələnən. Uğurlu nəticələr. Uğurlu ov. Zəhmətinin nəticəsi uğurlu oldu. Hücum uğurlu (z.) bitdi. - Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq. Gümanlı-gümansız bu axtarışlar; Bəzən uğurludur, bəzən uğursuz. Vahabzadə. // Xoşbəxtlik gətirən; xoşbəxt, səadətli, şükümlü. Sən gəzdiyin yerlər gülçiçək açar; Çünki uğurludur ayağın sənin. S.Vurğun. Ölkəmizin günləri bir-birindən nurludur; Qayəmiz aydın, açıq, yolumuz uğurludur. R.Rza. □ Uğurlu olsun! - uğur arzusu bildirir. Dağ-dərəni addan sən; Keç alovdan, oddan sən; Yolun uğurlu olsun; Gözlə özün yaddan sən. (Bayatı). Ey yolçu, uğurlu olsun səfərin! Buludsuz günəşlə doğsun səhərin! A.Şaiq. Yaxşı, səfərin uğurlu olsun, Ələmdar qardaş! - deyə, dəllək özünü ələ almağa çalışır, ancaq bacarmırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....