Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UĞUR
is. Bəxt, səadət, xoşbəxtlik. [Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal. [İsmayıl:] Uğrumuza əcəb şey çıxdı! P.Makulu. // Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. işdə uğur diləmək. Hücum uğurla nəticələndi.
□□ Uğur(lar) olsun! - bir işə iqdam edən, başlayan adama müvəffəqiyyət, qələbə, səadət, xoşbəxtlik arzusu bildirir. Yaxşı yollar, yaxşı uğurlar olsun! M.S.Ordubadi. Gedin, dostlar, uğur olsun; Pozulmasın andınız. S.Rüstəm. Uğura qənşər gələsən! - bax uğur olsun! [Qoca:] Uğura qənşər gələsən, oğul! M.Rzaquluzadə. Uğur(lar) demək uğur arzu etmək. Əqlimlə biliyim tutub qolqola; Uğurlar deyərək düşdüm bu yola. Şaiq. Qoy səsindən gülsün Vətən; Ellər baxıb uğur desin. S.Vurğun. Uğruna gəlmək bəxtinə çıxmaq, qabağına çıxmaq. [Sultan bəy:] Hanı bir elə arvad ki uğruma gələ idi, ala idim! Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....