Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UĞRAMAQ

f . 1. Rast gəlmək, üz-üzə gəlmək, rastlaşmaq. [Mirzə Səfər:] Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Ə.Haqverdiyev. [Mansur xan:] Səhərsəhər nə gözəl bir şikara uğramışam. C.Cabbarlı.
2. Düçar olmaq, məruz qalmaq, giriftar olmaq. Bəlaya uğramaq. Fəlakətə uğramaq. Müvəffəqiyyətsizliyə uğramaq. - Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu, irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....