Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UDMAQ2
f 1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. - [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib” . [Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam... Ü.Hacıbəyov.
Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq. - ikinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn.
məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq.
Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu? - Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla