Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UDMAQ1
f. 1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq. - Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı). Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu. M.Hüseyn. // məc. Öz içinə alıb yox eləmək, məhv eləmək, həmişəlik aparmaq. Arvad yerində qımıldandı: - Necə Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm uşağı da uddu!.. M.İbrahimov. Ona çox görmə sən, gəl bu anları; Vuruş bəzən udur qəhrəmanları. M.Rahim. // məc. Ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək. [Nigar xanım dedi:] Üç igidi udan dağlar; Dağlar, Eyvazı neynədiz?! “Koroğlu” . [Vaqif qapıçıya:] Bu torpaq [Qacarı] da udar. S.Vurğun. // məc. Çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev. Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. H.Seyidbəyli.
2. məc. Qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. Başqasının malını udmaq. - Rüşvət haramdır, dedin, aldın, utanmadın! Mali-yetimə “od” deyə uddun da, yanmadın! M.Ə.Sabir.
məc. Dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək. [Səkinə] dırnağına .. batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. M.İbrahimov. // məc. Xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək. Belə sözləri daha ud, bəy! - deyə, Alagöz qışqırıb qaçmaq istərkən Müqim bəy qapının ağzını kəsdi. S.Rəhimov. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. M.İbrahimov. [Yunis xalasına:] Əgər sən bilsəydin ki, mən nəyi udub danışmıram.. Ə.Məmmədxanlı.
məc. Aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq. - Xəlilov dilinin ucuna gələn sözünü güclə uddu. M.Hüseyn.
□□ Acı həb kimi udmaq - bax udmaq1
cü mənada. Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. T.Ş.Simurq. Qan udmaq bax qan. Hava udmaq - təmiz havada dərindən nəfəs alaraq havanı içəri çəkmək, hava udmağa çıxmaq. Dağlarda təmiz hava udmaq. ...havasını udmaq məc. - ...havası ilə nəfəs almaq. Zəhər kimi udmaq - bax acı həb kimi udmaq. Hər kəs peşmançılığını bir zəhər kimi udmaq istəyirdisə də, bacarmır. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....