Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UÇUŞ
is. 1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi. Mərminin uçuşu. Arıların uçuşu. - Toyuğun uçuşu zibilliyə qədər olar. (Ata. sözü). Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə. // Uçma tərzi, qaydası, üsulu. Tərlan uçuşundan tanınar. // Çox sürətli yeriş. Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! “Koroğlu” . // Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli. 2. məc. tənt. Vüsət, yüksəliş, coşqunluq. Şeir, sənət daima mübarizə, uçuş, yüksəliş tərəfdarıdır. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....