Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UÇURUM
is. 1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı. // sif Uçurumlu, sıldırımlı, sıldırım. ..Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov. Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov.
məc. Dərin fərq, ayrılıq, ziddiyyət. [Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn.
məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Qarafikirli adamlar Təbriz xalqını .. uçurumlara çəkirdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....