Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UCQAR

is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu” . ..Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi. Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq. Şəhərin ucqarı olan bu küçədə .. heç kəs gözə dəymirdi. Ə.Məmmədxanlı. // Uzaq. Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. S.Rüstəm. Divardan asılmış Azərbaycan xəritəsində ucqar dağlar qoynunu göstərdi. M.Rzaquluzadə. // Ölkənin, dövlətin mərkəzdən uzaqda olan vilayəti, rayonu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....