Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UC-BUCAQ

is. Kənar, son hədd, həddhüdud. Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman. Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev. □ Ucu-bucağı görünməmək (olmamaq) - sonu, ətrafı gözlə qavranıla bilməyən çox geniş sahə haqqında. Ucu-bucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Yolumuz ucu-bucağı görünməyən yaşıl tarlalar, təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi. // Böyük izdiham, saysız-hesabsız insan kütləsi haqqında. [Atakişi:] Adamın ucu-bucağı yox idi. C.Cabbarlı.
□□ Ucundan-bucağından - oradan-buradan.
Mən kitabı tapdım, ucundan-bucağından oxudum. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....