Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UCALIQ

is. 1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. - Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.
məc. Yüksək ictimai mövqe, vəziyyət. Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov.
məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. [Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....