Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏŞRİF
is. [ər.] Öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə; gəlmə, gəliş, buyurub gəlmə. Rövşən et xanəmizi bir gecə təşrifinlə. S.Ə.Şirvani. □ Təşrif aparmaq - getmək (hörmət və nəzakət məqamında işlənir). Xülasə, axırda övrət təşrif aparır. C.Məmmədquluzadə. [Hacı Murad:] Bu gün-sabah [İmanqulu] təşrif aparacaqdır. S.S.Axundov. Təşrif gətirmək (etmək, buyurmaq) - gəlmək, buyurmaq (hörmət və nəzakət məqamında işlənir). Səfalar gətirib, təşrif buyurdun; Qədəm basdın bizə, qurban olduğum. M.P.Vaqif. [Əmrulla:] Yeri, bircə o Gülbadam xanıma de ki, özək komisyonu gözləyir, zəhmət çəkib təşrif gətirsin. C.Cabbarlı. Təşrif qılmaq - bax təşrif gətirmək. [Abbas:] Başına döndüyüm, ay Əsmər xanım; Təşrif qılıb sən bu bağa xoş gəldin! “Abbas və Gülgəz” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....