Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏSKİN
is. [ər.] Sakitləşdirmə, təsəlli vermə; sakitlik, təsəlli. Dərdli könüllərə təskindir şerim. S.Rüstəm. □ Təskin etmək - sakitləşdirmək, təskinlik vermək, rahatlandırmaq, təsəlli vermək. Bu xəbərlərin heç birisi Həcər xanımı təskin etmirdi. S.Hüseyn. [Züleyxa] ..pis də yaşamadım, - deyib özünü təskin etmişdi. M.İbrahimov. Təskin tapmaq - bax təskinlik tapmaq (“təskinlik” də). [Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....