Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏSƏVVÜR
is. [ər.] 1. Xəyala gətirmə, xəyalən göz qabağına gətirmə. Ucsuz-bucaqsız bir meşə təsəvvür edin. - Xanım .. Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Çəmənzəminli. // Xəyal, fikir. Sədrin təsəvvüründə arzu etdiyi düz və ayna kimi yollar parıldamağa başladı. S.Rəhimov.
Bir şeyi, adamı fikrində canlandırma, zehində surət vermə, bir fikirdə olma. Mən bu işi başqa cür təsəvvür edirdim.
Bir şey, bir adam haqqında bilik, ümumi tanışlıq. Heç bir təsəvvürü yoxdur. Botanikadan ümumi təsəvvürü var.
Fikir, xəyal, təxəyyül. Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn. Qəhrəmanın təsəvvüründə iki ata, iki oğul canlanırdı. S.Rəhimov.
fəls. psix. Olmuş hadisəni xəyalına gətirmə, zehində canlandırma. Təsəvvür prosesi. // Əvvəllər hiss orqanlarına təsir etmiş, indi isə bilavasitə təsir etməyən, lakin xəyalda əks olunan əşya və hadisələrin konkret surəti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....