Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏSADÜF
is. [ər.] 1. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat. [Tosya Fəraməzə:] Neçin bir neçə ay əvvəl təsadüf bizi bir-birimizə rast gətirdi? Çəmənzəminli.
2. Gözlənilmədən rastlaşma, görüşmə. Məhərrəm bu təsadüfdən çox sevindi. H.Nəzərli. □ Təsadüf etmək - 1) gözlənilmədən rast gəlmək, birdən qarşısına çıxmaq. O günün sabahı məktəbə gedərkən [qıza] təsadüf etmədim. S.Hüseyn; 2) görmək, rastlaşmaq. Arasıra istidən divarın dibindəki kölgəliyə qısılaraq yeriyənlərə də təsadüf etmək mümkündür. M.İbrahimov. İndi vaqonlarda bir-iki sərnişinə təsadüf etmək olurdu. H.Seyidbəyli.
3. Hal, vəziyyət. Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. M.S.Ordubadi. // Gözlənilmədən ortaya çıxan keyfiyyət, hadisə, şərait. [Arif Rənaya:] Nə səadət, nə xoş təsadüf, inan; Səni gördükdə bitdi tabü-təvan. H.Cavid. Uşağı bir xoşbəxt təsadüf saxladı. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....