Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRTİB
is. [ər.] 1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi. - Iş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını gözdən keçirir, yeni planlar tərtib edirdilər. Ə.Sadıq.
2. Təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv). Bir neçə adamdan ibarət xor tərtib etmək. Yeni hökumət tərtib etmək. // Hazırlamaq, düzəltmək. Böyük bir ziyafət tərtib etdilər.
Bax tərtibat 1-ci mənada.
Səliqə, səliqə-sahman, qayda, üsul, nizam. [Muzdur] ..ağpal-paltarı öz tərtib və səliqəsilə bir-birinin üstünə [yığdı]. S.M.Qənizadə. □ Tərtibə salmaq - qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq. Izin olsa, məhəbbətlə deyərdim sənə, saqi! Sal məclisi tərtibə səbəbkar gəlincə. Ə.Vahid.
Yazma, inşa. □ Tərtib etmək - yazmaq, inşa etmək. Nemətullayev hər haqq-hesabı düzgün saxladığından nəticədə təftiş komissiyası gözəl bir akt tərtib edər və burada Nemətullayevin mükafatlanmasını irəliyə sürərdi. S.Rəhimov.
mətb. Çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....