Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRSLİK
is. Tərs adamın xasiyyəti; inadcıllıq, inadçılıq, inadkarlıq, höcətlik. Kolxoz sədri Qara kişinin tərsliyini bilirdisə də, yenə bir şey deməkdən özünü saxlaya bilmədi. Ə.Əbülhəsən. □ Tərslik eləmək (etmək) inad etmək, inadkarlıq göstərmək. [Lütfəli bəy:] Şəfiqə, gəl sən tərslik eləmə, bircə dənə balana rəhmin gəlsin. İ.Musabəyov. Tərsliyi tutmaq, tərsliy(in)ə salmaq - tərslik etmək, inadkarlıq göstərmək. Tərsliyi tutan Həmzədən heç nə eşidə bilməyəcəklərinə qane olan qohum-qonşu arvadları çıxıb getdi. Ə.Əbülhəsən. Axırda Qədir tərsliyə salaraq böyük xalçanı üç yerə bölməyi təklif etdi. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....