Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRPƏNMƏK
f 1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq. Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. S.Rüstəm. [Eldar:] Tələsməyin, mən deməmiş tula yerindən tərpənən deyil. M.Rzaquluzadə. □ Yer tərpənmək - zəlzələ olmaq. Yola düşmək, hərəkət etməyə başlamaq. Telli isə qəti surətdə bir yana tərpənməyəcəyini bildirirdi. S.Hüseyn. [Nərgiz:] Tez ol ata, deyəsən, anagilin dəstəsi tərpənir.. Ə.Məmmədxanlı.
Bir işi görməyə başlamaq, bir işə girişmək, hərəkətə gəlmək. [Qönçə atasına:] Bəlkə sən tərpənincə onlar gecənin birində məni apardılar? Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....