Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRLAN
is. 1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş. Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq. // məc. Obrazlı təşbehlərdə. Doğrudan da getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. [Natiq:] Ancaq heç biri mənim könlümün tərlanını ovlaya bilməz. B.Bayramov.
2. məc. Qoçaq, igid, zirək, qəşəng mənasında. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm. “Koroğlu” . Əjdər o tərlanı basdı bağrına; Qadın tək ağlamaq gəldi arına. H.K.Sanılı. // məc. Obrazlı təşbehlərdə qoçaq təyyarəçilərə verilən ad. Uçun, tərlanlarım! Öpürəm sizi; Qəlbimdə döyünən saf qəlbinizi. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....