Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRK-SİLAH
is. [ər.] 1. Silahlarını əlindən alma, silahını, ya silahlarını atmağa məcbur etmə; silahsızlaşdırma. □ Tərk-silah edilmək - silahı əlindən alınmaq; silahsızlaşdırılmaq. [Əsgərlər] çayın o tərəfi ilə yuxarı qalxdıqları vaxt səkkiz nəfər fin soldatının tərk-silah edilib gətirildiyini gördülər. Ə.Vəliyev. [Ağagül:] Yunkerlər tərk-silah edildi. Ə.Məmmədxanlı. Tərk-silah etmək - silahlarını əlindən almaq; silahsızlaşdırmaq. Sergey bu zaman baş nəzarətçini yerə yıxıb tərk-silah etdi. S.Vəliyev.
2. Bütün və hər cür silahlı qüvvələrin buraxılması, bütün silahların məhv edilməsi, yaxud silahlı qüvvələrin əsaslı surətdə ixtisar olunması və silahlanmanın məhdudlaşdırılması üçün həyata keçirilən tədbirlər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....