Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRƏF
is. [ər.] 1. Bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə, yer; həmin istiqamətin özü; cəhət. Müxtəlif tərəflərə getmək. Çöl tərəfdən. Meşə tərəfə. Evə tərəf. // Bir şeyin ortasından və ya orta xəttindən sağda və ya solda yerləşən sahə, yer; habelə bir adamdan və ya şeydən sağa və ya sola doğru olan istiqamət; cəhət. Sağ tərəfə dönmək. - Məmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa. C.Məmmədquluzadə. // Bir şeyin kənarlarında yerləşən sahə; kənar. Küçənin sol tərəfi. Çayın o biri tərəfi. - İki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yol ilə gedirdik. A.Şaiq. Kazarma küçənin o biri tərəfində idi. M.Hüseyn.
Hər hansı bir səbəblə bir-birinə qarşı duran şəxs və ya qruplardan hər biri. Mübahisə edən tərəflər. Danışıq aparan tərəflər. Tərəflər razılığa gəldilər. - Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. Tərəflər dalğalandı; Qarşı-qarşıya gəldi. B.Vahabzadə.
Hər hansı bir şeyin üzlərindən hər biri. Parçanın üz tərəfi. Yeşiyin alt tərəfi.
Yer, ölkə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bizim tərəflərdə qar yağıb. Bu tərəflərdə az görünürsünüz. - Sən bizim tərəfə xoş buyurmusan; Qardaşım, bir gün də mən sizə gəlləm. H.Hüseynzadə.
riyaz. Həndəsi fiqurun kənarında olan düz xətt kəsiyi. Düzbucaqlı üçbucağın tərəfləri. Çoxbucaqlının tərəfləri.
Bax tərəfdar. [Fatma xala:] Kasıbın nəyi var ki, ona tərəf olan da ola? Ə.Əbülhəsən.
Aid olduğu sözlə birlikdə hərəkətin hansı istiqamətə yönəldiyini bildirir; ...sarı, ...doğru, ...tərəfə. Əhli-qəryəyüyürdü dağ tərəfə; Getməsin ta qoyun, quzu tərəfə. M.Ə.Sabir. Əsəd vəldən enib kəndə tərəf baxır. C.Məmmədquluzadə.
□□ Tərəfində durmaq - bax tərəfini saxlamaq. Kimi dindirsəydin Hikmətin tərəfində duracaqdı. Mir Cəlal. Tərəfini saxlamaq (tutmaq) - tərəfdar olmaq, müdafiə etmək, tərəfində durmaq. Qız ailədə həmişə anasının tərəfini saxlasa da, Ziba atasının tərəfini saxlamış və onun dediklərinə tərəfdar çıxmırdı. S.Rəhimov. Dörd (hər) tərəf - ətraf. [İzzəddin:] Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. Hər tərəf sükut içindəydi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....