Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏRBİYƏÇİ
is. 1. Uşaq tərbiyə müəssisələrində (körpələr evi, uşaq bağçası, uşaq evi və s.) uşaqların tərbiyəsi ilə məşğul olan adam. Ağlı söz kəsəndən bəri ana nəvazişini tərbiyəçilərdə görən.. Budaq xalasının söhbətindən sonra uzun müddət ata və ana haqqında düşünürdü. Ə.Vəliyev. // Sif. mənasında. Tərbiyəçi qadın. - Tərbiyəçi müəllim [uşağı] danladı. Ə.Sadıq.
2. Öyrədib yetişdirən adam; müəllim. Azərbaycan aktyorlarının birinci nəslinin tərbiyəçisi gözəl komediya aktyoru Cahangir Zeynalov olmuşdur. M.Məmmədov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....