Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏPMƏK1
f. 1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq. [Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi. // Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.
Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq. [Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: - Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov.
Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə). Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov.
dan. Təpik atmaq, təpikləmək. Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi.
Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında). ..Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə.
□□ Başına at təpmək - bax baş. Dərisinə saman təpmək - bax dəri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....