Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏPƏ
is. 1. Hündür yer, hündürlük; kiçicik dağ. Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. C.Məmmədquluzadə.
Bir şeyin ən yuxarı hissəsi, başı, zirvəsi. Dağın təpəsi. Yamacın təpəsi. Qüllənin təpəsinə çıxmaq. - Qocaman bir dağın təpəsinə dırmaşdıq. A.Şaiq. [Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə.
Qalaq, taya. Ot təpəsi. Saman təpəsi.
İnsan və heyvan başının ən üst hissəsi; kəllə, baş. Qoyunun təpəsinə damğa vurmaq. - [Məmur:] Qılıncı xainin təpəsinə çal. M.Rahim. // Papağın üst tərəfi, üstü. Papağın təpəsi məxmərdəndir. - [Hüseynəli əmi] əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı. M.S.Ordubadi.
□□ Təpədən-dırnağa qədər - başdan-ayağa (qədər). [Sara xanım] hamamdan qayıdanda da təpədən-dırnağa qədər qara çarşaba bürünərdi. Qantəmir. iyirmi beş yaşlı bu cavan oğlan; Təpədən-dırnağa nəğməydi ancaq. B.Vahabzadə. Təpədən-dırnağa qədər süzmək - bax başdan-ayağa süzmək (“başdan-ayağa” da). iskəndər Quliyev döyüşçünü bir də təpədən-dırnağa qədər süzdü. Ə.Vəliyev. Təpəsi üstə - başaşağı, kəlləmayallaq. [Əhməd:] Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin... N.Vəzirov. Təpəsi üstə gəlmək - 1) başaşağı gəlmək, kəlləmayallaq yıxılmaq. Uşaq məhəccərə dırmaşanda təpəsi üstə yerə gəlib. Mir Cəlal; 2) məc. tez və həvəslə gəlmək, o saat gəlmək. [Yədulla xan:] Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr. S.Rəhimov. Telli xalaya xəbər gedən kimi təpəsi üstə gəldi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....