Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏNTƏNƏ
is. [ər.] 1. Təmtəraq, dəbdəbə, büsat. Nəsillər! Qulaq asın diqqətlə bir də mənə; Göydəndüşmə deyildir bu calal, bu təntənə. S.Rüstəm. ..Qızın göz yaşlarına baxmayaraq, zahiri bir təntənə ilə şirnisini içdilər. M.İbrahimov. Təntənəli məclis, mərasim, ziyafət, bayram. [Əxsitan:] Özgə təntənədir... Kabab, mey, məzə; Deyirəm, keyf versin qoy Süheyl bizə. M.Rahim. Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal.
məc. Qələbə, qalibiyyət. Səkinənin açıq təntənəsi Rüstəm kişini pərt etmişdi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....