Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏNQİDİ
sif. [ər.] 1. Tənqidə həsr edilmiş, tənqid mahiyyətində olan, tənqid edən (bax tənqid 3-cü mənada). Tənqidi əsər. - ...Canbalayevin ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov. // Zərf mənasında. Əsəri tənqidi gözdən keçirmək. Bir şeyə tənqidi yanaşmaq.
2. Tənqid edən, nöqsanları və onların düzəlməsini göstərən. iclasda tənqidi çıxış. Tənqidi mülahizə.
□□ Tənqidi realizm - incəsənət və ədəbiyyatda burjua-mülkədar quruluşunun həllolunmaz ziddiyyətlərini açıb göstərən bədii cərəyan. Müəllif “Anamın kitabı” nda da öz tənqidi realizminə sadiq olaraq tipləri, hadisələri, komediyanın süjetini həyatdan, real varlıqdan alır. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....