Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏNƏZZÜL
is. [ər.] 1. Enmə, aşağı düşmə; geriləmə, dala getmə, geri getmə, inkişafdan qalma (tərəqqi ziddi). inkişaf və tənəzzül. Kapitalizmin tənəzzülü. □ Tənəzzül etmək enmək, aşağı düşmək, geriləmək, geri getmək, dala getmək. Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. S.S.Axundov. Şərq aləmi get-gedə tənəzzül edirdi. S.Hüseyn.
2. məc. Düşkünlük, rəzalət, özünü alçaltma, heysiyyətini itirmə. Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən.
□□ Tənəzzül etmək - özünə eyib, ar bilməmək, özü üçün alçaqlıq hesab etməmək, iltifat göstərmək. Xəspuşlardan birisi: - Xoş gördük, Varis bəy! Sən də tənəzzül edib bizim şəhərimizə gəlmisən? A.Şaiq. Adil və Aqil də bilirdi ki, Mirzə Valeh tənəzzül edib gəlməyəcəkdir. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....