Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏNƏFFÜS
is. [ər.] 1. Canlı orqanizmlərdə oksigeni udma və karbonu buraxma prosesi. Tənəffüs üzvləri. // Ciyərlərin havanı alıb buraxması; nəfəsalma və nəfəsvermə. Təri soyuduqca bədəni ağırlaşan qocanın tənəffüsü də çətinləşir, .. sinəsindən bir xırıltı qopurdu. B.Bayramov.
Məktəbdə dərslər arasında fasilə. Sabahı günü böyük tənəffüs zamanı müdir məktəbin həyətinə çıxdıqda şagirdlərin bir yerə toplandığını gördü. S.Rəhman. Tələbələr tənəffüs vaxtı kağız rəflərinə yanaşır, gələn məktubları nəzərdən keçirirdilər. B.Bayramov.
İstirahət üçün işin müvəqqəti olaraq dayandırıldığı müddət, işin müvəqqəti dayandırılması ilə başlanması arasındakı vaxt; fasilə, ara. Manqanın qızları o qədər həvəs və səylə işə girişmişdilər ki, çox zaman Şamama tarladan onları tənəffüsə güclə çıxarırdı. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....