Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

TƏNBƏL

is. və sif Tənbəllik edən; işdən, zəhmətdən qaçan; işləməyi, zəhməti sevməyən (adam). Tənbəl adam. Tənbəl uşaq. - işdən ötrü ki getmədi tənbəl; işinin axırı olar əngəl. A.Səhhət. Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan çaldı. Ə.Vəliyev. // İşdə ağır tərpənən, ağır yeriyən, ağır hərəkət edən. Tənbəl heyvan.
□□ Bağdad tənbəli, tənbəli-Bağdad - çox
tənbəl, heç bir iş görmək istəməyən, işləməklə arası olmayan adam haqqında. Olmuşuq misli-tənbəli-Bağdad; Edirik cümlə bəxt əlindən dad. S.Ə.Şirvani.
tənbəl-tənbəl zərf Tənbəlcəsinə, həvəssiz, könülsüz. Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. ..Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....