Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏMSİL
is. [ər.] 1. Bənzətmə, oxşatma, təşbeh. □ Təmsil etmək - birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq; birinin mənafeyini, fikrini, görüşünü və s.-ni ifadə etmək. Xalqın mənafeyini təmsil etmək. - Bosforda lövbər atıb dayanmış iki gəmi; Hərəsi təmsil edir bir yurdu, bir aləmi. N.Rəfibəyli.
2. ədəb. Adamları və onların əməllərini eyhamlı şəkildə təsvir edən, əksərən mənzum, nəsihətamiz qısa ədəbi əsər. Zakirin təmsilləri. “Ağacların bəhsi” təmsili. Krılovun təmsilləri. // köhn. Tamaşa, pyes, səhnə üçün yazılmış əsər (bu mənada əsasən toplu - “təmsilat” şəklində işlənmişdir). Biz qurban bayramı münasibətilə gərək teatr hazırlayaq, götürürük Mirzə Fətəli Axundzadənin təmsilatı ki ibarət olsun, “Sarab xanının vəziri” komediyasından. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....