Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏLƏSMƏK
f Bir işi mümkün qədər tez, çapıq yerinə yetirməyə çalışmaq; səbirsizlik göstərmək, əcələ etmək. Fərmanla Dilbər öz aralarında evlənmək işini danışıb qurtarsalar da, toy etməyə tələsmirdilər. Ə.Sadıq. Şamama aramla danışsa da, bir az tələsirdi. Ə.Əbülhəsən. // Tez-tez, becid getməyə səy etmək, bir yerə tez çatmağa çalışmaq. Evimizdən ayrılanda çox da tələsmirdim. C.Məmmədquluzadə. ..Ağarza kəmərini bağlayıb .. tələsdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....