Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏLƏFAT
is. [ər. “tələf” söz. cəmi] Hərbi əməliyyat, təbii fəlakət, qəza və s. nəticəsində sıradan çıxan adam, əşya, maşın, tikili və s.; zayeat. Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir, xah can tələfatı, xah zərəri. C.Məmmədquluzadə. □ Tələfat vermək - hərbi əməliyyat nəticəsində canlı qüvvə cəhətdən zayeata uğramaq, itki vermək. [Zeynəb:] Düşmən çoxlu tələfat verib qaçdı. M.S.Ordubadi. Vuruşma zamanı hər iki tərəf böyük tələfat vermiş(di). S.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....