Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏLƏ
is. Vəhşi və ov heyvanlarını və ya quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // məc. Hiylə, qurğu. [Mahmud bəy:] Çoxdandır gözləyir yolunu tələ; Nəbi bu gün-sabah keçəcək ələ. S.Rüstəm.
□□ Tələ qurmaq məc. - birini aldatmaq üçün qurğu qurmaq, tədbir görmək, hiylə işlətmək. [Səfi bəy:] Çingizə bir elə tələ qurmuşam ki, əlimdən qurtarası deyil. S.S.Axundov. Tələyə düşmək məc. - hiyləyə uymaq, hiyləyə aldanmaq, tora düşmək. Dəmirov tələyə düşdüyünü anlayırdı. S.Rəhimov. Tələyə salmaq məc. - hiylə ilə birini çıxılmaz vəziyyətə salmaq, tora salmaq. [İbrahim bəy:] ..Mən onu elə bir tələyə salım ki, ölənə qədər çıxa bilməsin. N.Vəzirov. [Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın?! Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....