Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏLATÜM
is. [ər.] 1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. Dənizdə .. elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq. □ Təlatümə gəlmək - bərk dalğalanmaq, ləpələnmək, coşmaq. Bir azdan sonra, bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. (Nağıl). Təlatümə gətirmək - bərk dalğalatmaq, ləpələndirmək, coşdurmaq. Gilavar dənizi təlatümə gətirdi. M.Hüseyn. // Obrazlı təşbehlərdə. Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. N.Xəzri. Hisslər, döyüntülər təlatümündə; Üzür Cəmilənin fikri, xəyalı. B.Vahabzadə.
2. məc. Çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş. □ Təlatümə gəlmək - həyəcanlanmaq, coşmaq. Təlatümə gətirmək - həyəcana gətirmək, hərəkətə gətirmək, çaxnaşdırmaq, təlaşa salma. Bu dastan.. Yavərin sinəsində arxayın yatan duyğuları təlatümə gətirdi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....