Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏQLİD
is. [ər.] 1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama. Təqlid etmək - başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq, yamsılamaq. Marat danışanda açıqdan-açığa Tərlanı təqlid edirdi, bəzi sözləri onun kimi cəld və kəskin deməyə xüsusi fikir verirdi. M.Hüseyn. 3-4-cü sinfin uşaqları ilyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər. Mir Cəlal. Təqlidini çıxarmaq - gülmək üçün başqasını yamsılamaq. Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun təqlidini çıxarır. A.Şaiq. [Nəbi:] Biz, ağaların qumar oynamalarının təqlidini çıxardırıq. S.S.Axundov.
2. Başqa əsərə bənzədilərək yaradılan əsər; oxşatma, bənzətmə. Əsər orijinal əsər deyil, təqliddir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....