Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏQDİR
is. [ər.] 1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama. [Buğac] .. atasının təhsin və təqdirini qazanacaqdı. M.Rzaquluzadə. □ Təqdir etmək - qəbul etmək, bəyənmək, qiymətləndirmək, alqışlamaq. Nə qədər ki Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Zalda müxtəlif səslər eşidildi. Kimi Zeynəbin təklifini təqdir edir, kimi şübhə altına alırdı. M.İbrahimov.
klas. Qismət, nəsib, tale (bəzən “təqdiriqəza” şəklində). [Kərəm:] Bizə belə imiş təqdirin işi; Axıtdı gözümdən qan ilə yaşı. “Əsli və Kərəm” .
...təqdirdə - şərt bildirir; ...halda, əgər... Gəldiyi təqdirdə (əgər gəlsə, gələrsə). □ Əks təqdirdə - əks halda, belə olmadıqda. [Partizanlar] əks təqdirdə [Silanı] bu döyüşə göndərməzdilər. S.Vəliyev. O təqdirdə - elə olduqda (olsa), o halda.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....