Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏKNƏ
is. 1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq. Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu. Ə.Sadıq. Burada təknə, tabaq, oxlov, qazan, sacayaq və yemək-içməyə gərək olan sair qab-qacaq az deyildi. Ə.Əbülhəsən.
Ekskavatorun çalovu. Yarım ton ağırlığında olan təknə yüngül bir top kimi bir tərəfdən o biri tərəfə tullanırdı. Ə.Sadıq. Mazuta bulaşmış torpaq sahəsinin kiçik parçasını nəhəng bir ekskavatorun təknəsi ilə çevirmişdilər. Y.Əzimzadə.
Bir təknə tutan miqdar. İki təknə buğda. Üç təknə un. - Tamam boşaldı anbar; Bircə təknə unum var. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....