Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏFƏRRÜAT
[ər. “təfərrü” söz. cəmi] 1. Əsas mətləbə az dəxli olan təfsilat; ikinci dərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər. // Bir şeyin ən kiçik, ən xırda, ən incə cəhətləri. Bir nöqtə, kiçicik bir cizgi və təfərrüat belə yerinə düşməsə o, sənət əsərini korlaya bilər. S.Rəhimov. Dilbər ekskavator üstündəki görüşün bütün təfərrüatını xatırlayaraq bu fikri başından qovdu. Ə.Sadıq.
2. Təfərrüatla şəklində zərf - incədənincəyə, müfəssəl şəkildə, ətraflı, hərtərəfli, təfsilatla. [Rəşid:] [Bəyim xala] cəmi-cümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....