Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏCRÜBƏLİ
sif. Bir işdə, ixtisasda, sənətdə, peşədə təcrübəsi, biliyi, vərdişi, böyük səriştəsi olan. Təcrübəli müəllim. Təcrübəli sürücü. - Fərman verir qoşunlara ağsaqqal; Təcrübəli, acıqlı bir general. A.Səhhət. Mədən işlərinə olan böyük həvəsi sayəsində [Araz] artıq ən təcrübəli bir usta olmuşdu. A.Şaiq. // Böyük həyat təcrübəsi olan, bərkdən-boşdan çıxmış; dünyagörmüş. Təcrübəli qadın.
[Məşədi Həsən:] ..Upravada gərək təcrübəli adamlar əyləşsinlər. Ə.Haqverdiyev. Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....