Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏCAVÜZ
is. [ər.] 1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə. // Hücum, həmlə, basqın. Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. Ə.Əbülhəsən.
2. Zorakılıq, təzyiq, zülm, sıxıntı. Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. M.Rzaquluzadə. // Hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə. ..Əsgər keçən yerdə heç bir qız və qadın özlərini kişilərin təcavüzündən saxlamağa qadir deyildi. Çəmənzəminli. □ Təcavüz etmək - hüququna toxunmaq, zorakılıq etmək, qəsd etmək. [Gözəl:] [Ölkəmizdə] adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....