Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏBRİK
is. [ər.] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu. [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli. .. İranın hər tərəfində yaşayan azərbaycanlılar firqənin müqəddəs məramını alqışlayır, minlərlə məktub və təbrik teleqramları göndərirlər. M.İbrahimov. □ Təbrik etmək - xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi olaraq birinə gözaydınlığı vermək. Komissar əvvəlcə [döyüşçüləri] təbrik etdi. Mir Cəlal. [Mirpaşa Sevincə:] Saray açılanda sizi fəhlələr, bütün rayon təbrik edəcək. Z.Xəlil.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....