Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏBİR
is. [ər.] 1. Söz, kəlmə, ifadə.
Yozma. □ Təbir etmək - yozmaq, məna çıxarmaq, məna vermək. Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. M.S.Ordubadi. Təbirincə, təbiri ilə, təbirinə görə şəklində - ...dediyi kimi, ...sözləri ilə desək. Evin balaca qızı Ulduz isə, anasının təbirinə görə, od-alov idi. Ə.Məmmədxanlı.
□□ Təbir caizsə, təbir caiz görülsə - ...demək olarsa, ...demək mümkündürsə, ...demək münasibdirsə. Təbir cayiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn. Qazançalara termosdan isti xörək.. töküldü və təbir caizsə, ziyafət başlandı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....